Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

BMT məruzəçisi ABŞ-də hələ də sistemli irqçiliyin olduğunu AÇIQLADI

BMT məruzəçisi ABŞ-də hələ də sistemli irqçiliyin olduğunu AÇIQLADI

Tarix: 15-11-2023, 10:37

BMT-nin irqçiliyin müasir formaları üzrə xüsusi məruzəçisi Aşvini K.P. Birləşmiş Ştatlara səfərinin yekunları üzrə bildirib ki, ABŞ-də sistematik irqçilik və irqi ayrı-seçkilik davam edir.

“Report”un məlumatına görə, o, səfəri zamanı bir sıra ştatlarda olub və 2024-cü ilin iyununda səfəri ilə bağlı hesabat təqdim etməyi planlaşdırır.

Aşvini xüsusən irqçiliklə mübarizəyə yönəlmiş hökumət təşəbbüslərinin insanların əksəriyyəti üçün hələ də əhəmiyyətli irəliləyişlərə səbəb olmadığından narahatlığını bildirib.

O, həmçinin irqi ədalətə nail olmağa yönəlmiş təşəbbüslərə qarşı koordinasiyalı müqaviməti qeyd edib. Aşvininin səfəri zamanı tanış olduğu insanların çoxu fundamental hüquqları uğrunda mübarizə aparmağın zəruriliyindən və nə qədər tez-tez maneələrlə qarşılaşdıqlarından danışıblar.

Mütəxəssis ABŞ-nin irqi ayrı-seçkiliyə qarşı mübarizədə kritik mərhələdə olduğunu vurğulayıb. BMT ekspertinin bəyanatında deyilir ki, irqçiliyin təzahürləri irqi cəhətdən təcrid olunmuş qruplara mənsub insanlara həyatlarının hər mərhələsində tarixən, sistemli və institusional olaraq təsir edir.

Bundan əvvəl BMT-nin İnsan Haqları Komitəsi də öz hesabatında qeyd edib ki, ABŞ-də cinayət ədaləti etnik azlıqlara qarşı ağdərililərdən daha sərtdir. Qaradərili insanlar daha çox ölüm cəzası alırlar və daha ağır cəzalara məruz qalırlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR