Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Fransa Qarabağdan gedən erməni hərbçiləri təlim mərkəzinə toplayıb (FOTO)

Fransa Qarabağdan gedən erməni hərbçiləri təlim mərkəzinə toplayıb (FOTO)

Tarix: 23-11-2023, 09:21

Hazırda erməni hərbi qulluqçuları Fontevro (Fransa) qəsəbəsi yaxınlığındakı təlim mərkəzindədirlər.

Mediabiz.az xarici mediaya istinadən xəbər verir ki, burada mühəndis, zirehli texnika və nəqliyyat qoşunlarının hazırlanması üçün təlim mərkəzi yerləşir. Mərkəzdə 200-ə yaxın erməni hərbi qulluqçusu var. Onların arasında, hətta Qarabağda separatçı rejimə xidmət etmiş və döyüş təcrübəsi yeni olanlar da var. 

Erməni hərbçilər, əsasən “Rusiya sənə xəyanət etdi, qisas almalısan” prinsipi ilə seçiliblər. Dil baryerini həll etmək üçün isə Fransanın özündən (qondarma erməni legionu) ermənilər cəlb olunub. Legionun nümayəndələri təlimatçı qismində praktiki məşğələlərdə iştirak edirlər.

Erməni hərbçilərə fəal şəkildə anti-Rusiya təbliğatı aparılır. Qarabağdan getmiş hərbçilər rus dilini yaxşı bildikləri üçün Fransa onlardan Rusiyaya qarşı mümkün qədər səmərəli istifadə etməyə çalışır. 

Fransa Qarabağdan gedən erməni hərbçiləri təlim mərkəzinə toplayıb (FOTO)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR