Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Paşinyan erməni əsgərləri ora ölümə göndərir - General

Paşinyan erməni əsgərləri ora ölümə göndərir - General

Tarix: 28-11-2023, 09:17

Ermənistanın Fransa ilə birgə oyunları davam edir. Son yayılan məlumata görə isə Ermənistan Qarabağdan çıxan ordu qalıqlarının üzvlərini təlim üçün Fransaya göndərir. Bildirilir ki, Fransada təlim keçənlər Ukrayna müharibəsində Rusiyaya qarşı istifadə ediləcək.

Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Paşinyanın belə siyasətlə ölkəni rəqabət meydanına çevirdiyini vurğulayıb:

“Əlbəttə ki, burada Paris və İrəvanın məsələyə yanaşması, ənənəvi şəkildə proksi-dövlət statusunda olan Ermənistanın qarşıdakı dövrdə Qərbin əlaltısına çevrilmə həvəsi, istəyi çox yanlışdır. Fransa və Ermənistan məğlub olmuş, mənən sınmış ordunun əsgərlərini əslində bilərəkdən ölümə göndərir. Onların orada ölməkdən başqa yolu yoxdur. Diqqətçəkən digər bir önəmli məqam isə haqqında danışdığımız hadisələrin Ermənistanın son dövrdə üzvü olduğu KTMT əleyhinə silsilə addımlar atmasına, Paşinyanın Minskdəki sammitə qatılmaqdan imtina etməsinə və üzv dövlətlər, eyni zamanda Rusiya əleyhinə açıqlamalar verməsinə paralel şəkildə inkişafıdır. Paşinyan Moskvadan silah almaq üçün verdikləri pulu (200 milyon dollar - red) media vasitəsilə açıq şəkildə tələb etdi, yaxud onun Rusiyaya borcun bir hissəsinin silinməsinə sərf ediləcəyini bildirdi. Qərbdən verilən vədlər artdıqca Paşinyan da Rusiya ritorikasını sərtləşdirir. Əlbəttə ki, atılan addımların hərbi, siyasi və iqtisadi nəticələri olacaq. Qarşıdakı mərhələdə Rusiya Ermənistanı sıxışdırdıqca, İrəvanın Qərbin qucağına qaçma meyilləri də artacaq, ölkə böyük güclər arasında gizli və açıq rəqabət meydanına çevriləcək”.

Qeyd edək ki, rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın öz Teleqram kanalında Ermənistandan olan əsgərlərin Fransanın təxminən yeddi təlim düşərgəsində Ukraynada Rusiyaya qarşı vuruşmaq üçün hazırlıq prosesindən keçdiyini qeyd edib. Əsas düşərgələrin Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzi olduğu bildirilib.(Axar.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR