Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Çexiyadakı atışmada ölənlər arasında azərbaycanlı var? - Rəsmi AÇIQLAMA

Çexiyadakı atışmada ölənlər arasında azərbaycanlı var? - Rəsmi AÇIQLAMA

Tarix: 22-12-2023, 10:57

Xəbər verdiyimiz kimi, dünən Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışma olub. Atışma zamanı 20-yə yaxın şəxs həlak olub, 30-a yaxın yaralı var. Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini bildirib.

Dünyanın ən qədim və məşhur ali təhsil müəssisələrindən biri Karlov Universitetində bir çox azərbaycanlı da təhsil alır. Praqada baş verən hadisədə ölən və yaralananların arasında azərbaycanlıların da olub-olmaması barədə məlumat əldə etmək üçün Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, atışma zamanı ölənlər və zərər çəkənlər arasında azərbaycanlı yoxdur.

Qeyd edək ki, hadisəni Kladno şəhərindən olan 24 yaşlı tələbə David Kozak törədib. O, bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. Kozak silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR