Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Gürcüstan da silkələndi

Gürcüstan da silkələndi

Tarix: 23-12-2023, 12:08

Gürcüstanda Telavi şəhərindən 30 km məasəfədə 4,4 maqnitudalı zəlzələ olub.

Bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Torqva kurortunun yaxınlığında, 15 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Gürcüstanda seysmik aktivlik orta səviyyədədir. Ölkədə qeydə alınmış ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti regionlarında olub. 7 maqnitudalı zəlzələnin episentrdəki intensivliyi 9 bal təşkil edib. Hadisə nəticəsində 200-ə yaxın insan həyatını itirib, 46 000-ə yaxın ev və 1000 sənaye obyekti yararsız hala düşüb.

Xatırladaq ki, bu gün İranda 4,6 maqnitudalı zəlzələ olub, yeraltı təkanlar Ermənistanda da hiss edilib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR