Son Xəbər: İlham Əliyev iki nazirə yeni vəzifə verdi, Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər, Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR, FIFA prezidenti “Qarabağ”ı təbrik etdi, “Azeri Light”ın qiyməti 90 dolları ötdü, Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”,

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Tarix: 29-03-2024, 15:50

 

Hazırda İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin oğlu Məcid Nuri İsveçdə saxlanılıb.

Bu barədə İranın "Mehr" xəbər agentliyi onun ailəsinə istinadən məlumat yayıb.

“Atamla görüşə gedən qardaşımdan saatlarla xəbərsiz olandan sonra bildik ki, Məcid İsveç polisi tərəfindən həbs olunub. Hadisənin təfərrüatını bilmirik”, - bacısı Atiyə Nuri deyib.

Məcid Nuri bundan əvvəl mediaya açıqlamasında atasına İsveç həbsxanasında işgəncə edildiyini iddia etmişdi.

Qeyd edək ki, Həmid Nuri 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbusun edamındakı roluna görə 2019-cu ilin noyabrında İsveçə səfəri zamanı həbs edilib. İsveç məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib və hazırda Stokholm həbsxanasında saxlanılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR