Son Xəbər: Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub, Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq, May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?, Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib, Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL, Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar, Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir, Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar, Belarus Prezidenti Füzuli rayonuna səfər edib,

Palma yarpaqları ilə yazdıqları bu ifadə ilə xilas oldular

Palma yarpaqları ilə yazdıqları bu ifadə ilə xilas oldular

Tarix: 12-04-2024, 13:55

 

Günlərlə Sakit Okeanda yerləşən adalardan birində qalan üç dənizçi palma yarpaqları ilə kömək istəyərək xilas olublar.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, Mikroneziyanın bir hissəsi olan Pikelot adası yaxınlığında üç nəfər balıq tutmaq üçün səyahətə çıxıb.

İri dalğa onların gəmilərinin mühərriyini zədələyib. Nəticədə gəmi kimsəsiz adaya yaxınlaşıb.

Adada dənizçilərin ratsiyası işləməyib. Onlar kömək çağıra bilməyiblər.

Sakit okeanın ucqar atollunda bir həftədən çox qapalı qalan üç balıqçı nəhəng palma yarpaqlarından istifadə edərək qumda “HELP” (Kömək) sözünü yazdıqdan sonra xilas edilib.

ABŞ Sahil Mühafizəsinin üzvü Oliver Henrinin ekipajı, mesajı havadan gördükdən sonra 40 yaşlarında olan kişiləri adadan təhlükəsiz yerə aparıb.

Kişilərin səhhətinin yaxşı olduğu və onların adada qaldıqları günlərdə şirin su quyusundan maye qəbul etdikləri və kokosla qidalandıqları qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR