Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Çin İsveçrədəki Ukrayna Sülh Konfransında iştirakdan imtina edib

Çin İsveçrədəki Ukrayna Sülh Konfransında iştirakdan imtina edib

Tarix: 31-05-2024, 10:01


Çin İsveçrədəki Ukrayna Sülh Konfransına getməyəcək, çünki onun iştirakla bağlı bəzi şərtləri yerinə yetirilməyib.

Çin hakimiyyəti iyunda İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etməyəcəklərini təsdiqləyib. "Reuters" 4 mənbəyə istinadən yazıb ki, Pekin tədbirdə iştirak etmək şərtlərinə əməl edilmədiyi üçün dəvəti rədd edib. Hansı şərtlərin müzakirə olunduğu açıqlanmır.

Sammit 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq. 160 ölkədən və beynəlxalq birliklərdən nümayəndə heyətləri dəvət olunub. Rusiya nümayəndə heyəti dəvət olunmayıb.

Ukrayna tədbirə ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpini dəvət edib.("Reuters)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR