Son Xəbər: Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi, COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar,

Hansı ölkədə istirahət daha ucuzdur?

Hansı ölkədə istirahət daha ucuzdur?

Tarix: 6-06-2024, 08:55


Yay mövsümünün başlaması ilə əlaqədar vətəndaşlar artıq tur şirkətlərinə üz tutaraq, xarici səfərlərini planlaşdırır. Pandemiyadan sonra çökən xarici turizm isə keçən ildən etibarən özünü bərpa etməyə başlayıb. Statistikaya görə, 2023-cü ildə 2 milyona yaxın vətəndaşımız xaricə səfər edib.

Məsələ ilə bağlı münasibət bildirən turizm eksperti Ceyhun Aşurov quru sərhədlərinin hələ də bağlı olmasına baxmayaraq, xaricə səfər edəcək sərnişinlərin sayında artım olacağını bildirib.

Onun sözlərinə görə, uçuş sayının çoxaldılması insanları xarici səfərlərə meyilləndirib:

“Ənənəvi bazarlar, əlbəttə, Türkiyə, Gürcüstan, Dubay, xüsusilə bəzi Şərqi Avropa ölkələri - Monteneqro, Albaniyadır. Bu ölkələrlə viza rejimi yoxdur. Vətəndaşlarımız da viza rejiminin olmadığı, birbaşa uçuşların həyata keçirildiyi uyğun qiymətli yerlərə səyahət edirlər”.

Ekspert bildirib ki, tələb-təklif prinsipinə əsasən, xüsusilə Türkiyəyə olan turpaketlərin qiymətlərində 30-50 faiz bahalaşma qeydə alınıb:

“Türkiyəyə bir nəfər üçün qiymət turistin qalacağı yerin kateqoriyasına görə, təxminən, 1000 dollardır. Halbuki bu, daha əvvəllər 500 dollar idi. Ümumiyyətlə, dünyada turpaketlər bahalaşır. Bu, enerji daşıyıcıları, inflyasiya, ərzaq qiymətlərinin artını ilə əlaqədardır. Amma son dövrlər kombinləşmiş Avropa turları, Şri-Lanka, birbaşa reyslərin daha çox olması ilə əlaqədar Dubaya, hətta uzaq Maldivlərə turlar təşkil olunur. Məsələn, Avropaya kombinləşmiş turlar bəzən 500-600 avrodan başlayır. Buraya yalnız oteldə qalmaq, ölkəiçi transferlər daxildir, gediş-gəliş bileti yox. Bu səbəbdən də hər nə qədər kəskin qiymət artımı nəzərə çarpsa da, vətəndaşlarımız qonşu ölkələrə getməyə üstünlük verirlər”.

Tur şirkətlərindən isə sorğumuza cavab olaraq bildirilib ki, müraciət edən vətəndaşların əksəriyyəti Türkiyə, Monteneqro, BƏƏ, Şri-Lanka, Bali, Misir kimi ölkələrə üz tutur. Üstünlük isə təbii ki, qardaş Türkiyəyədir. Qiymətlərə gəlincə, seçimlərə görə dəyişir:

“Əsasən Türkiyənin Antalya, Bodrum istiqamətləri ilə maraqlanırlar. Türkiyənin Antalya bölgəsinə iki nəfər üçün 4-5 ulduzlu otellərə turpaketlərin qiyməti 2500-3000 dolları əhatə edir. Qiymət seçimə görə daha da yüksələ bilər. Bodruma da tələbat çoxdur. Orada qiymətlər Antalyaya nisbətən daha yüksəkdir”.

Ümumiyyətlə isə xaricə səfər etmək istəyən turistlərə təklif olunan 1 nəfərlik minimal qiymətlər belədir:

Antalya - 800-1000 dollar (1 həftə);

Bodrum - 800-1400 dollar ( 1 həftə);

İzmir, Alaçatı - 678 dollar (1 həftə);

Şarm əş-Şeyx – 424 dollar (8 gün)

Şri-Lanka - 570 dollar (8 gün);

Budapeşt - 447-720 dollar (1 həftə) ;

Batumi - 500 dollar (4 gün) ;

Monteneqro - 600-1200 avro(1 həftə);

Mərakeş - 1400-1900 dollar (1həftə).





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR