Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Pezeşkian: ABŞ və müttəfiqləri İranın nüvə proqramı ətrafında uydurma böhran yaradıblar

Pezeşkian: ABŞ və müttəfiqləri İranın nüvə proqramı ətrafında uydurma böhran yaradıblar

Tarix: 13-07-2024, 12:38

ABŞ və onun müttəfiqləri İranın sülhməramlı nüvə proqramı ətrafında uydurma böhran yaradıblar, Tehranın müdafiə doktrinası nüvə silahından istifadəni nəzərdə tutmur.

Bunu İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian deyib.

“ABŞ və onun Qərb müttəfiqləri nüvə silahının yayılmaması rejimindən öz kəşfiyyat icmalarının qiymətləndirmələrinə zidd olaraq İranın dinc nüvə proqramı ilə bağlı böhran uydurmaq üçün qəsdən istifadə ediblər”, - Pezeşkianın "Tehran Times" qəzetində beynəlxalq ictimaiyyətə ünvanlanmış məqaləsində qeyd edilib.

M.Pezeşkian əlavə edib ki, ABŞ eyni zamanda İsrailin nüvə arsenalını dəstəkləməklə Tehrana qarşı belə bir siyasət yürüdür: “Vurğulamaq istəyirəm ki, İsrailin müdafiə doktrinasında nüvə silahı ilə bağlı müddəalar yoxdur. ABŞ-ni keçmiş səhvlərdən dərs almağa və öz siyasətini buna uyğun düzəltməyə çağırıram. Vaşinqtonda məsul şəxslər etiraf etməlidirlər ki, region ölkələrini bir-birinə qarşı qoymaq siyasəti uğurlu deyil və olmayacaq. Onlar bu reallıqla barışmalıdırlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR