Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Dünya liderləri Kazanda - Fotolar

Dünya liderləri Kazanda - Fotolar

Tarix: 22-10-2024, 20:40

 
Oktyabrın 22-də Kazanda XVI BRICS sammiti işə başlayıb.
Bu, sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılacaq.

Böyükmiqyaslı tədbirdə BRICS ölkələri ilə yanaşı, “BRICS+” və “Outreach” formatlarında bir sıra digər ölkələr də iştirak edir ki, onlardan biri də Azərbaycandır.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Kremldəki görüşdə Azərbaycan Prezidenti İlham Əliyevi sammitə şəxsən dəvət etmişdi. Onu da deyək ki, ölkəmizlə yanaşı digər MDB ölkələri də toplantıda iştirakını təsdiqləyib.

Bu həm də şimal qonşumuzun 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin fonunda ev sahibliyi etdiyi ən böyük beynəlxalq toplantıdır.

Elə buna görə də bu günlərdə bütün dünyanın gözü Kazandadır desək, yanılmarıq.

Artıq Rusiya Prezidenti Vladimir Putin üçgünlük tədbirin əvvəlində özünün çinli həmkarı Si Cinpin və digər dünya liderlərini salamlayıb.
Dünya liderləri Kazanda - Fotolar
Tədbirə Çin sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi əsas beynəlxalq tərəfdaşlar qatılıb.

Hindistanın Baş naziri Modi Kazan hava limanına gələrkən təmtəraqlı şəkildə qarşılanıb ki, bu da tədbirin əhəmiyyətindən xəbər verir.
TASS-ın verdiyi xəbərə görə, Putin Kazanda keçirilən BRİCS sammitində iştirak edəcək digər xarici liderlər üçün də hədiyyələr hazırlayıb.

 “Söhbət hansı hədiyyələrdən gedir” sualına isə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Sizə məlumat verəcəyik”, - deyə, cavab verib.

İran lideri Məsud Pezeşkian da artıq sammitin keçirildiyi Kazan şəhərindədir. Onu hava limanında Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qarşılayıb.
Onu da deyək ki, əsas BRİCS ölkələri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadır.

Bu, birlik ABŞ və Almaniyanın da daxil olduğu “Böyük Yeddilik” - G7-yə alternativ kimi qurulub.
Toplantının əsas prinsipi problemlərə qarşı ortaq həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR