Son Xəbər: Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq, Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib, İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib, İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib, Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib, Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar, Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib, Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib, İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz, Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ,

Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək

Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək

Tarix: 25-04-2025, 16:06

Azərbaycanda pilotsuz uçan aparatların sistemlərinin (PUAS) istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda öz əksini tapıb.

Qərara əsasən, hər bir hüquqi şəxsin eyni vaxtda yalnız bir istismarçı sertifikatı ola bilər.

Bundan başqa, istismarçı sertifikatının alınması üçün istismarçı aşağıdakı məlumatları və sənədləri şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə təqdim etməlidir:

- istismarçının adı, ünvanı, qeydiyyat haqqında dövlət reyestrindən çıxarışın surəti, elektron ünvanı və əlaqə nömrəsi;

- istismarçının mərkəzlə əlaqə yaratdığını təsdiq edən arayış;

- istismarçının PUAS əməliyyatlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətini, habelə bu Qaydalara uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi müvafiq prosedurları özündə ehtiva edən istismarçının təlimatı;

- istismarçının sahib olduğu PUA-ların qeydiyyat sertifikatlarının surəti;

- istismarçının aidiyyəti şəxsi heyətinin siyahısı;

- “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Aviasiya haqqında” qanununa uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR