Son Xəbər: "Sədərək" ticarət mərkəzində yanğın olub, Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir, Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR, Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb, Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq, İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb, Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib, Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı, Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq", Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI,

Zelenski: Rusiyanın regionlarımıza hücumlarını cavabsız qoymayacağıq

Zelenski: Rusiyanın regionlarımıza hücumlarını cavabsız qoymayacağıq

Tarix: 26-07-2025, 11:43

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının gecə saatlarında Ukraynanın Sumı, Xarkov və Dnepr regionlarına zərbələrinin cavabsız qoyulmayacağını söz verib.

V.Zelenski bu barədə “Telegram”da yazıb.

O qeyd edib ki, Rusiya gecə saatlarında ballistik raketlər və dronlarla zərbələr endirib. "Hücum nəticəsində yaralananlar və həlak olanlar var".

Prezidentin sözlərinə görə, Ukraynanın dinc əhalisinə hücumlar cavabsız qala bilməz.

"Bu zərbələr cavabsız qala bilməz və Ukraynanın uzaqmənzilli dronları bunu təmin edir. Rusiyanın hərbi müəssisələri, logistikası və hava limanları bu ölkənin apardığı müharibənin real nəticələrini hiss etməlidir", - V.Zelenski əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR