Son Xəbər: Almaniya şirkəti Azərbaycandan əlavə təbii qaz almaq istəyir, MDB XİN başçılarının Şurasının iclası Düşənbədə keçiriləcək, Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb, Filippində baş verən zəlzələdə ölənlərin sayı 72-yə çatıb, İlham Əliyev Kopenhagendə ziyafətdə İŞTİRAK ETDİ - FOTO, Prezident “Qarabağ”ı Kopenhagendən təbrik etdi - Foto, VƏTƏN FƏDAİLƏRİ - Zamanla Yarışan Tariximiz, Prezidentlərin təkbətək görüşü keçirilir, İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı - Sərəncam, Prezident İlham Əliyev Anar İsmayılova general-mayor rütbəsi verib,

Filippində baş verən zəlzələdə ölənlərin sayı 72-yə çatıb

Filippində baş verən zəlzələdə ölənlərin sayı 72-yə çatıb

Tarix: Dün, 06:49

Filippinin Sebu vilayətində baş vermiş zəlzələdə həlak olanların sayı 72-yə yüksəlib, xəsarət alanların sayı isə 294 nəfərdir.

Bu barədə "GMA News" telekanalı Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Şuraya istinadla xəbər verib.

Məlumata əsasən, Sebunun şimalında baş vermiş zəlzələ 170 min insanın həyatına təsir edib, onlardan təxminən 20 min nəfər evlərini tərk etməyə məcbur qalıb.

Yeraltı təkanlar nəticəsində bəzi binaların dağılıb.

Xatırladaq ki, 6.9 bal gücündə yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 21:59-da (Bakı vaxtı ilə 17:59) qeydə alınıb. Daha sonra 1-dən 5 baladək gücə malik 2300-dən çox afterşok qeydə alınıb.

Sebu vilayətində fövqəladə vəziyyət elan olunub. Ən çox insan itkisi vilayətin şimalında yerləşən, 90 min nəfər əhalisi olan Boqo şəhərində, eləcə də San-Remixio və Medellində qeydə alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR