Son Xəbər:
Tarix: Dün, 17:45
Bu gün Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb
Müvəqqəti işlər vəkilinə Litva ərazisindən uçan pilotsuz uçuş aparatının Belarus sərhədini pozması ilə bağlı etiraz bildirilib.
Məlumata görə, Litvadan uçan mənşəyi naməlum olan təyyarə tipli pilotsuz uçuş aparatı Belarusun Qrodno şəhərində qəzaya uğrayıb.