Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

Tarix: 19-12-2025, 09:38

16 saatlıq görüşdən sonra Avropa İttifaqı (Aİ) liderləri Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyini təsdiqləyiblər.

Liderlər bu dəfə də Ukrayna üçün Avropadakı dondurulmuş Rusiya aktivlərindən istifadə etmək məsələsində razılığa gələ bilməyiblər.

Aİ sammitinin sədri Antonio Kosta saatlarla davam edən danışıqlardan sonra sosial mediada yazıb ki, 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq dəstək vermək qərarı təsdiqlənib.

Kosta bu vəsaitlərin mənbəyini dəqiqləşdirməyib, lakin “Reuters” sammitin yekun layihəsinə istinadən bildirib ki, vəsaitlər Aİ büdcəsi ilə təmin edilən kapital bazarlarından borclanma yolu ilə toplanacaq.

Sənədə həmçinin bildirilir ki, müqavilə Ukraynanın maliyyələşdirilməsində iştirak etmək istəməyən Macarıstan, Slovakiya və Çexiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR