Son Xəbər: Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir, Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb, Hindistan Rusiya diplomatını XİN-ə çağırıb,

Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib

Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib

Tarix: 17-01-2026, 11:31

 

Pakistan Hindistanın Cammu və Kəşmirdə məscidləri və onların icmalarını profilləşdirməsini (etnik, dini və ya siyasi mənsubiyyətə görə şəxslərin hədəfə alınması, şəxsi məlumatlarının zorla toplanması, nəzarətə götürülməsi və ya təzyiq göstərilməsi - red.) pisləyib.


Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.


Bildirilib ki, dini məsələlərə bu cür açıq müdaxilə din və etiqad azadlığına dair fundamental hüququn ciddi şəkildə pozulması olmaqla yanaşı, işğal altında olan ərazidə müsəlman əhalini qorxutmaq və kənarlaşdırmaq məqsədi daşıyan növbəti məcburedici cəhdin təzahürüdür:


"Din xadimlərinin şəxsi məlumatlarının, fotoşəkillərinin və məzhəb mənsubiyyətlərinin zorla toplanması ibadət edənlər arasında qorxu yaratmağa və onların dinlərini sərbəst şəkildə icra etməsinə mane olmağa yönəlmiş sistemli təzyiq xarakteri daşıyır. Bu addımlar təcavüzkar Hindistan hökumətinin Hindutva ideologiyasının təşviq etdiyi institusionallaşdırılmış İslamofobiya siyasətinin daha geniş modelinin tərkib hissəsidir. Məscidlərin və müsəlman ruhanilərin məqsədli şəkildə hədəfə alınması bu siyasətlərin ayrı-seçkilik və icma xarakterini açıq şəkildə ortaya qoyur".


Vurğulanıb ki, Cammu və Kəşmir xalqı qorxu, məcburiyyət və ayrı-seçkilik olmadan dinini icra etmək üçün ayrılmaz hüquqa malikdir:


"Pakistan onlarla həmrəylik nümayiş etdirməyə davam edəcək və kəşmirlilərə qarşı yönəlmiş bütün dini təqib və dözümsüzlük formalarına qarşı səsini qaldırmaqda israrlı olacaq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR