Son Xəbər: Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq, Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib, İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib, İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib, Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib, Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar, Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib, Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib, İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz, Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ,

“Yeni bir müharibəyə şahid olmaq istəmirik”

“Yeni bir müharibəyə şahid olmaq istəmirik”

Tarix: 5-02-2026, 16:47

“Bölgəmizin yeni bir müharibəyə şahid olmasını qəti şəkildə istəmirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının “Şarkul Avsat” qəzetinə müsahibəsində bildirib.

“Təcrübə göstərir ki, bölgənin dəyərlərini, kimliyini, keçmişini və gələcəyini dərk edə bilməyən ssenarilər bölgəyə daha çox ağrı və faciə gətirəcək, təhlükəsizlik və sülhü təmin etməyəcək”, - Ərdoğan mümkün ABŞ-İran müharibəsinin qarşısının alınması ehtimalı və bu məsələdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi regional güclərin oynaya biləcəyi roldan bəhs edərkən deyib. 

“Qəzza, İraq, Suriya və Əfqanıstanda bu cür ssenarillər yaddaşımıza yaralar və faciələrlə həkk olunub. Müharibəyə səbəb ola biləcək istənilən addıma qarşıyıq, bölgədə təhlükəsizlik və sülhün bərqərar olması ehtimalını gücləndirən hər bir təşəbbüsü dəstəkləyirik”.

Problemlərin dialoq və sağlam düşüncə yolu ilə həll edilməsinin zəruriliyinə diqqət çəkən Ərdoğan İrana qarşı hər hansı hərbi müdaxiləyə qarşı olduqlarını bildirib.

Dövlət başçısı gərginliyi azaltmaq və problemləri həll etmək məqsədilə İranla ABŞ arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduqlarını diqqətə çatdırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR