Son Xəbər: Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər, BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb, Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb, Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib, Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb, İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib, Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək, Ərbildə 20-dən çox PUA vurulub, Aprel ayına olan hava proqnozu açıqlanıb, Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir,

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Tarix: 31-03-2026, 17:30

ABŞ digər ölkələrdən Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımalarını tələb edir.

Bunu ABŞ-nin müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu mühüm su yolunun təhlükəsizliyinin təmin edilməsi təkcə ABŞ HQD-nin vəzifəsi deyil. "Məsələn, Böyük Britaniya güclü donanmaya malikdir və bu prosesdə iştirak edə bilər", - o qeyd edib.

Heqset vurğulayıb ki, əldə edilmiş razılaşmalar sayəsində indi Hörmüz boğazından daha çox gəmi keçir.

"Prezident (ABŞ Prezidenti Donald Tramp) İrana açıq şəkildə bildirib ki, boğaz ticarət üçün açıq qalmalıdır, əks halda bizim alternativ fəaliyyət variantlarımız var – onlar həqiqətən mövcuddur", - o deyib.

Pentaqon rəhbəri əlavə edib ki, dünya ictimaiyyəti vəziyyətə daha çox diqqət yetirməli və qətiyyətli addımlara hazır olmalıdır.

"Söhbət ABŞ-nin bir çox digər ölkələrdən daha az istifadə etdiyi beynəlxalq boğazdan gedir. Buna görə də dünya ictimaiyyəti buna diqqət yetirməli və hərəkət etməyə hazır olmalıdır. Prezident Tramp azad dünyanın təhlükəsizliyi naminə əsas yükü öz üzərinə götürməyə hazırdır, lakin bu, təkcə bizim problemimiz deyil", - o vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR