Son Xəbər: Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir, Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb, Hindistan Rusiya diplomatını XİN-ə çağırıb,

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

Tarix: 14-04-2026, 13:17

  
Səudiyyə Ərəbistanı Hörmüz boğazının blokadasından imtina edilməsinə və İranla danışıqlara qayıdılmasına nail olmaq üçün ABŞ-yə təzyiq göstərməyə çalışır.

Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın Hörmüzü bloklamaq qərarının İranı eskalasiyaya təhrik edə biləcəyindən və digər əsas dəniz marşrutlarında axsamalara səbəb olacağından narahatdır.

Mənbələr qeyd edir ki, Tehran Qırmızı dənizdə strateji cəhətdən mühüm qovşaq olan və krallığın qalan neft ixracının əhəmiyyətli hissəsinin keçdiyi Bab-əl-Məndəb boğazını bağlamaqla cavab verə bilər.

"Bab-əl-Məndəb boğazı yaxınlığındakı əraziyə Yəmən husiləri nəzarət edir. Ərəb mənbələrinin məlumatına görə, İran bu dəniz dəhlizini bağlamaq üçün qruplaşmaya təzyiq göstərir. Husilər gəmilərin boğazdan keçməsi üçün ödəniş almağa başlaya bilərlər", - qəzet bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ aprelin 13-də Şərq yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarını bloklamağa başlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR