Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir

KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir

Tarix: 21-04-2026, 11:31

 
Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi, enerji daşıyıcılarının Hörmüz boğazı vasitəsilə daşınmasına mümkün alternativ kimi nəzərdən keçirilir, lakin bahalı və riskli hesab olunur.

Bu barədə Türkiyənin "Aydınlıq" qəzeti xəbər yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə ərazisindən keçməklə Avropaya qaz nəqli layihəsi 2000-ci ildə Qətər tərəfindən irəli sürülüb, lakin doqquz il sonra isə dondurulub. Yaxın Şərqdə, xüsusilə Suriyada geosiyasi vəziyyətin dəyişməsi fonunda layihənin yenidən gündəmə gətirilməsi müzakirə olunur.

Qəzet qeyd edir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar yaxın günlərdə bu layihəni müzakirə etmək üçün Qətərə səfər etməyi planlaşdırır.

Nəşrin yazdığına görə, Avropa gündəlik təxminən 100 milyon kubmetr təbii qazı Rusiyadan idxal edir, 40 milyon kubmetr isə Hörmüz boğazı vasitəsilə çatdırılır. Ekspertlərin qiymətləndirməsinə əsasən, Qətər-Türkiyə-Avropa qaz kəməri gündəlik 100 milyon kubmetrə qədər qaz təmin edə bilər, lakin əsas problem qazın və boru kəmərinin özünün yüksək dəyəridir.

“Avropa ölkələrinin Rusiyadan idxal etdiyi təbii qazın 1 kubmetrinin qiyməti təxminən 5 ABŞ dolları, Hörmüz boğazı vasitəsilə daşınan qazın qiyməti isə 8 dollardır. Ekspertlərin hesablamalarına görə, Qətər-Türkiyə-Avropa qaz kəməri vasitəsilə tədarük ediləcəyi halda 1 kubmetr qazın qiyməti 12 dolları keçə bilər”, - "Aydınlıq" bildirir.

Qeyd edirlər ki, təxminən 4 min kilometr uzunluğunda olacaq magistralın geosiyasi münaqişə bölgələrindən keçməsi ciddi risk faktoru yaradır. Layihənin tikinti xərclərinin 20 milyard ABŞ dollarını keçə biləcəyi bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR