Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Tarix: 24-04-2026, 14:36

Əgər ABŞ İranın neft quyularına zərbələr endirərsə, Yaxın Şərq ölkələrinin obyektlərinə cavab zərbələri endirəcək.

Bu barədə İranın vitse-prezidenti İsmayıl Səqab İsfahani bildirib.

"Əgər düşmən daha bir səhvə yol verərsə, bizim strategiyamız "gözə göz" prinsipi üzrə olacaq. Əgər neft quyularımız vurularsa, o zaman ərazilərindən bizə qarşı hücumlar həyata keçirilən ölkələrin neft obyektləri hədəflərdən biri olacaq", - İsfahani bildirib.

O qeyd edib ki, İranın danışıqlar qrupu danışıqlar masası arxasında ABŞ tərəfini "təzyiq altında saxlayır".

İsfahani həmçinin əlavə edib ki, İran vətəndaşları enerji resurslarının tədarükü ilə bağlı narahat olmamalıdırlar, çünki "zəruri tədbirlər artıq görülüb".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR