Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

Tarix: 4-05-2026, 08:54

 
ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında həyata keçirdiyi yeni əməliyyatı olan "Azadlıq Layihəsi" dəniz karvanlarının formalaşdırılmasını və ya ticarət gəmilərinin Amerika hərbi gəmiləri tərəfindən birbaşa müşayiətini əhatə etmir.

Bunu jurnalist Barak Ravid iki amerikalı məmura istinadən bildirib.

Onların sözlərinə görə, əməliyyatın bir hissəsi olaraq, ABŞ Hərbi Dəniz Qüvvələri boğazdan keçən ən təhlükəsiz marşrutlar barədə kommersiya gəmilərinə məlumat verəcək. Xüsusi diqqət ABŞ tərəfinin fikrincə, İran ordusu tərəfindən minalanmamış su yollarına yönəldiləcək.

Portalın mənbələrindən biri qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yaxınlıqda olacaq və İran Silahlı Qüvvələrinin ticarət gəmilərinə hücum təhlükəsi yarandıqda müdaxilə edə biləcək.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp əməliyyatın Yaxın Şərq vaxtı ilə 4 may səhəri başlayacağını və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etməyə yönələcəyini açıqlamışdı. O, həmçinin bu prosesə hər hansı müdaxilənin hərbi cavabla nəticələnə biləcəyi barədə xəbərdarlıq etmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR