Son Xəbər: Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib, Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq, DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub, İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb,

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Tarix: 10-07-2026, 17:27

Ukrayna ordusu iyulun 10-na keçən gecə Rusiyanın Azov dənizində fəaliyyət göstərən "kölgə donanması"na məxsus daha 12 gəminin vurulduğunu bildirib.

Bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) yaydığı məlumatda deyilir.

Bildirilib ki, zərbələr Rusiyanın neft ixracı infrastrukturuna qarşı iyulun 6-da başlanmış əməliyyat çərçivəsində həyata keçirilib.

Məlumata görə, hədəfə alınan gəmilər beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə neft və neft məhsullarının daşınmasında istifadə olunan "kölgə donanması"na daxildir.

PSQ-nın açıqlamasına görə, əməliyyatın başlandığı 6 iyuldan etibarən dörd gün ərzində Azov dənizindəki hər dörd gəmidən biri məhv edilib və ya zədələnib. Əməliyyatın ən uğurlu gecəsi isə 9 iyul olub. Həmin vaxt 14 gəmi vurulub.

Ukrayna tərəfi qeyd edib ki, son bir neçə gün ərzində Rusiyanın "kölgə donanması"na məxsus artıq 50 gəmi zərbəyə məruz qalıb.

Məlumata görə, iyulun 10-da tankerlərlə yanaşı, onların yükləndiyi Taqanroq və Azov limanlarına da zərbələr endirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR