Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

Tarix: 13-07-2026, 12:15

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 13-ü Rusiyaya qarşı təxminən 250 yeni sanksiya bəndini təsdiqləməyi planlaşdırır, bu da 21-ci sanksiyalar paketinin razılaşdırılması hələ davam etdiyi halda, Rusiya-Ukrayna müharibəsinin əvvəlindən bəri sanksiya siyahılarının ən böyük genişləndirilməsi olacaq.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl bildirib.

"Bu gün biz 250 bəndi razılaşdırmağa ümid edirik. Bu, sanksiya siyahılarına indiyə qədər qəbul etdiyimiz ən çox sayda əlavədir. Bu, həm də Rusiyanın [Ukraynada] mülki əhaliyə qarşı son hücumlarına verilən reaksiyadır", - Kallas deyib.

Sanksiyaların müzakirəsindən əvvəl nazirlər, həmçinin işğal olunmuş ərazilərdə Rusiya tərəfindən saxlanılan ukraynalı mülki şəxslərlə bağlı vəziyyəti də nəzərdən keçirəcəklər. Söhbət əksər hallarda barələrində məlumat olmayan fiziki şəxslərdən, jurnalistlərdən, müəllimlərdən və digər mülki şəxslərdən gedir.

Bununla əlaqədar, Aİ onların azad edilməsi istiqamətində səylərin əlaqələndirilməsi və saxlanılan şəxslər barədə məlumatların toplanması üçün xüsusi platformanın yaradılması imkanını nəzərdən keçirir, - Aİ-nin baş diplomatı bildirib.

Kallasın sözlərinə görə, 21-ci sanksiyalar paketi üzrə üzv dövlətlər arasında hələlik razılıq yoxdur.

"21-ci paketdə açıq qalan məsələlər var, lakin biz razılığın əldə olunması üzərində işləməyə davam edirik", - o qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR