Son Xəbər:
Tarix: Bugün, 09:44
İranın "Kheibar Shekan" orta mənzilli ballistik raketi ölkənin raket arsenalında əsas silahlardan birinə çevrilib.
Bu barədə "Newsweek" məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə SEPAH tərəfindən təqdim olunan raket təxminən 1450 kilometr uçuş məsafəsinə malikdir və bərk yanacaq mühərriki sayəsində daha qısa müddətdə buraxılışa hazır vəziyyətə gətirilə bilir.
Qeyd olunub ki, raket uçuşun son mərhələsində trayektoriyasını dəyişmək qabiliyyətinə malikdir ki, bu da onun hava hücumundan müdafiə sistemlərindən yayınma imkanlarını artırır.