Son Xəbər:
Tarix: Bugün, 14:21
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanın yeni xüsusi nümayəndəsinin namizədliyinin irəli sürülməsi məsələsi müzakirə mərhələsindədir.
Bu barədə jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Xüsusi nümayəndə ilə bağlı qərar hələ qəbul edilməyib. Türkiyə ilə ünsiyyət formatında müvafiq qərarlar qəbul etmək üçün işi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizi müəyyənləşdirməliyik. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - N.Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan tərəfinin sabiq xüsusi nümayəndəsi Ruben Rubinyan "Vətəndaş Müqaviləsi" partiyası tərəfindən 9-cu çağırış Ermənistan parlamentinin spikeri postuna namizəd irəli sürülüb.