Son Xəbər: Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər, İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib, Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır, Sabah Azərbaycanda 38 dərəcə isti olacaq, İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib, Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib, Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb, Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub, Neft qiymətləri 5 %-dən çox aşağı düşüb, Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək,

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Tarix: Bugün, 09:18

 Bu gün Bakının Yasamal rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00 dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR