Son Xəbər: Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq, Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb, Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB, Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib, Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib, Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib, Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var, SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır, AAYDA vətəndaşlara müraciət edib,

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Tarix: Bugün, 09:05

 Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən güclü sel nəticəsində ölənlərin sayı 804-ə yüksəlib.

3300-dən çox şəxsdən isə hələ də xəbər yoxdur.

Axtarış-xilasetmə və meyitlərin identifikasiyası işləri davam etdirilir.

Səlahiyyətlilər Bhotekoşi çayında suyun səviyyəsinin yüksəldiyini və yeni sellərin baş verə biləcəyini bildirərək əhaliyə ehtiyatlı olmağı çağırıb.

ABŞ Nepalda 10 minə qədər ailəyə ərzaq yardımı da daxil olmaqla 3,6 milyon dollardan çox humanitar yardım göstərəcəyini açıqlayıb.

Mütəxəssislər fəlakətin dağlardan qopan buz parçalarının yaratdığı uçqunla əlaqəli olduğunu bildirirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR