Son Xəbər: Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq, Bağçaya növbəyə yazılma prosesinə başlanılır, Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb, Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib, UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq, Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB, Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar, Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib, “Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb, Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub,

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Tarix: Bugün, 11:00

 Rusiya və Ukrayna qarşılıqlı şəkildə zərbələr endirməyə davam edir, ölənlər və yaralananlar var.

Ukrayna mediası sentyabrın 9-u gecə saatlarında Rusiyanın Moldova ilə sərhəddəki "Starokazaçe" beynəlxalq buraxılış məntəqəsinə dronlar vasitəsilə zərbə endirdiyini qeyd edib.

Bildirilib ki, zərbələr nəticəsində yanğınlar baş verib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiya pilotsuz uçuş aparatlarının (PUA) "Starokazaçe" buraxılış məntəqəsinə gecə hücumu nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Bundan başqa, sentyabrın 9-a keçən gecə Rusiya qoşunları Dneprə də zərbə endirib, nəticədə bir neçə yerdə yanğın baş verib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov öz növbəsində bildirib ki, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri idarəolunan aviabombalar və müxtəlif tipli PUA-lar vasitəsilə Xarkova və vilayətin 11 yaşayış məntəqəsinə zərbələr endirib, nəticədə 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, ötən gecə ərzində növbətçi HHM qüvvələri tərəfindən 596 Ukrayna PUA-sı məhv edilib.

Rusiyanın Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev əlavə edib ki, ötən gecə Novorossiyskə PUA hücumu zamanı dörd nəfər ölüb, 29 nəfər xəsarət alıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR