Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

Tarix: 19-09-2026, 08:49



ABŞ Konqresində Pit Heqsetin Pentaqona rəhbər kimi fəaliyyətindən narazılıq getdikcə artır.

Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.

Qeyd olunub ki, konqresmenlər müdafiə nazirinin generalları vəzifədən uzaqlaşdırmaqla silahlı qüvvələri siyasi alətə çevirməsindən narazıdırlar. Onlar həmçinin Vaşinqtonun başa çatdırılması ilə bağlı aydın planının olmadığı İranla hərbi kampaniyaya Heqsetin rəhbərlik etməsini tənqid edirlər.

Qəzet qeyd edir ki, həftənin əvvəlində Heqset Nümayəndələr Palatasında onun vəzifədən uzaqlaşdırılması məsələsi ilə bağlı səsvermənin keçirilməsi təhlükəsi ilə üzləşib.

WSJ-nin məlumatına görə, bunu yalnız Nümayəndələr Palatasının spikeri Mayk Consonun çərşənbə günü konqresmenləri tətilə buraxması nəticəsində önləmək mümkün olub. Tətil noyabrın 3-də keçiriləcək aralıq seçkilər başa çatana qədər davam edəcək.

Nebraska ştatından olan respublikaçı konqresmen Don Beykon qəzetə açıqlamasında bildirib: "80 general və admiralın ya vəzifədən uzaqlaşdırılması, ya da xidmətdə yüksəlmək imkanından məhrum edilməsi məni ciddi narahat edir. Bunun impiçment üçün əsas olub-olmadığına əmin deyiləm. Səriştəsizlik özlüyündə cinayət deyil".

Beykon və digər qanunvericilər WSJ-yə bildiriblər ki, müdafiə nazirinin Konqres nümayəndələri ilə mürəkkəb münasibətləri Pentaqonun əlavə maliyyə vəsaiti əldə etməsini çətinləşdirə bilər.

"The Wall Street Journal" Heqsetlə qanunvericilər arasında münasibətlərin daha da gərginləşməsinin əlaməti kimi Respublikaçıların nəzarətində olan Senatın Silahlı Qüvvələr Komitəsinin onun mətbuat katibi Şon Parnellin Quru Qoşunları naziri vəzifəsinə namizədliyini təsdiqləməkdən israrla imtina etməsini də göstərib.

Bundan əlavə, qəzetin yazdığına görə, konqresmenlər Heqsetin onlar üçün məlumatlandırıcı brifinqləri olduqca nadir hallarda təşkil etməsindən də narazıdırlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR