Son Xəbər: Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi, Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ, Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər, Ağsuda dağlıq ərazidə yanğın başlayıb, Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ, Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır, Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub, İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI, Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM, "Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq,

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

Tarix: Dün, 12:19

 Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Kiyev vilayətinə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır.

Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib, nəticədə ikinci və dördüncü mərtəbələr qismən dağılıb:

"Sumı, Rovno, Xarkov və Odessa vilayətlərində yaşayış binalarına zərbələr endirilib. Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərində kritik infrastruktur hücumlara məruz qalıb".

V.Zelenski əlavə edib ki, Kiyev də dron zərbələrinə məruz qalıb. Yaşayış binaları və yanacaqdoldurma məntəqələrinə ziyan dəyib.

Onun sözlərinə görə, Odessa vilayətində Palau bayrağı altında üzən gəmi vurulub. Jıtomir vilayətində fabrikə ziyan dəyib: "Hazırda onlarla yaralının olduğu bildirilir. Təkcə Xarkova endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb. Faciəvidir ki, həlak olanlar da var. Kiyev vilayətində 2 nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR