Son Xəbər: Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub, Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib, Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN, DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib, Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb, İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB, Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib, Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH, Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır,

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Tarix: Bugün, 11:55

Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisi dronların hücumuna məruz qalıb.

Bu barədə Bolqarıstan Prezidenti İliyana Yotovanın ofisi məlumat yayıb.

Məlumata görə, insident Bolqarıstanın Varna vilayətindəki Byala şəhərindən təxminən 80 mil aralıda baş verib. Hücum nəticəsində gəmilərdən biri batıb, digərində isə yanğın başlayıb.

"BGNES"in verdiyi məlumata görə, hücuma məruz qalan gəmilər Toqo bayrağı altında üzən ALFA WATAN və Palau bayrağı altında üzən ABLE olub. ABLE gəmisinin 18 nəfərlik heyəti Bolqarıstan bayrağı altında üzən DIOSCURIA bərəsinə təxliyə edilib.

Hadisə ilə əlaqədar Bolqarıstanın Baş naziri Rumen Radev dövlət qurumlarının iştirakı ilə təcili iclas çağırıb. Prezident İliyana Yotova isə insidentlə əlaqədar Veliko Tırnovo şəhərinə planlaşdırılan səfərini ləğv edib.

Hücumun kim tərəfindən həyata keçirildiyi barədə hələlik rəsmi məlumat verilməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR