Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

SOCAR Ukraynada ilk üçlükdədir

SOCAR Ukraynada ilk üçlükdədir

Tarix: 3-06-2021, 13:05


SOCAR “Neft məhsulları riteyli” kateqoriyasında ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub.

Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumaya əsasən, Ukraynanın 650-dən çox şirkətini özündə birləşdirən “Reputasiya fəalları” reytinq təşkilatı 2020-ci ilin nəticələrini elan edib.

Şirkət növbəti uğurunu yanacağın istehlakçılar və ekspertlər tərəfindən bəyənilən keyfiyyəti, innovasiya və xidmət səviyyəsi, həmçinin Ukraynanın Milli Opera və Balet Teatrının qarşısında fəvvarənin yenidən qurulması, yerli polisin “Təhlükəsizlik kəmərlərini bağlayın və qorxmayın!” təşəbbüsünə dəstək və COVID-19 əleyhinə tədbirlər kimi sosial layihələri sayəsində qazanıb.

2015-ci ildə yaradılmış “Reputasiya fəalları” hazırda Ukraynanın ən nüfuzlu reytinq təşkilatlarından biridir, 45 nominasiya üzrə reytinq cədvəlini müəyyənləşdirir. Reytinq səviyyəsi müstəqil ekspertlər tərəfindən 5 meyar üzrə müəyyən edilir və şirkətin reputasiya sabitliyini, imic kapitalını, korporativ sosial məsuliyyətini, media fəallığını, innovativ yanaşmasını və böhrana qarşı dayanıqlılığını əks etdirir.

“SOCAR Energy Ukrayna” şirkətinin əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir. Ukraynanın Odessa, Nikolayev bölgələrində və paytaxt Kiyevdə “SOCAR Energy Ukrayna”ya məxsus 61 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR