Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

Ağdaşda DƏHŞƏT: Qardaşını güllələyərək öldürdü - YENİLƏNİB

Ağdaşda DƏHŞƏT: Qardaşını güllələyərək öldürdü - YENİLƏNİB

Tarix: 18-06-2021, 13:16


İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundanverilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

***

10:27

Ağdaş rayonunda iki qardaş arasında baş verən dava qətllə nəticələnib.

Rayonun Abad kənd sakini Ələşrəfov Mustafa Qulu oğlu aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968-il təvəllüdlü Ələşrəfov Qələndər Qulu oğlunu güllələyib. Q.Ələşrəfov aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən tutulub. Qətlin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR