Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

Ərdoğan Azərbaycana yardımla bağlı vacib sazişi TƏSDİQLƏDİ

Ərdoğan Azərbaycana yardımla bağlı vacib sazişi TƏSDİQLƏDİ

Tarix: 7-07-2021, 10:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Bakı arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma sazişini təsdiqləyib.

“Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma” Sazişi 28.03.2002 tarixli və 4749 saylı Qanunun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Qərarda deyilir ki, Türkiyə tərəfi Azərbaycan tərəfinə dostluq və xoş niyyət jesti kimi 100 000 qutu “Favipiravir” preparatı göndərəcək.

Yardım kimi verilən bu dərman Azərbaycana aid olacaq və səhiyyə xidmətlərinin göstərilməsində istifadə ediləcək. Preparatlar daha sonra tərəflər arasında təyin ediləcək metodla təslim ediləcək.

Sənəd 2021-ci ilin martın 31-də imzalanıb və həmin gündən qüvvəyə minmiş hesab olunur.
Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir, Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim imzalayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR