Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Rusiya şirkətlərinə Ələt Azad İqtisadi Zonasında təqdim edilən güzəştlər barədə məlumat verilib

Rusiya şirkətlərinə Ələt Azad İqtisadi Zonasında təqdim edilən güzəştlər barədə məlumat verilib

Tarix: 16-07-2021, 09:51


Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının, Rusiya Federasiyasının Krasnodar vilayəti Administrasiyasının dəstəyi ilə Krasnodar və Azərbaycan müəssisələri arasında onlayn formatda işgüzar görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, tədbirdə AZPROMO, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya İxrac Mərkəzi, Krasnodar vilayətinin Sənaye siyasəti departamenti və digər təşkilatların nümayəndələrinin ixracın genişləndirilməsi və ticarətin inkişafı istiqamətində dəstək tədbirləri barədə çıxışları dinlənilib.

Sonra Krasnodar və Azərbaycan şirkətlərinin nümayəndələri fəaliyyət istiqamətləri barədə təqdimat ediblər.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, “Ələt Azad İqtisadi Zonası” layihəsi və investorlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilib.

Tədbir kənd təsərrüfatı, qida məhsulları, qablaşdırma sənayesi və ixtisaslaşdırılmış avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR