Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Ərdoğan etirazlardan sonra rektoru işdən çıxardı

Ərdoğan etirazlardan sonra rektoru işdən çıxardı

Tarix: 16-07-2021, 11:39



Türkiyənin Boğaziçi Universitetinin rektoru Melih Bulu vəzifəsindən azad edilib.

Mediabiz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb. Bununla da universitetdə 6 aydan artıqdır davam edən aksiyalar, evə basqınlar, həbslər dövrü başa çatıb. 

Qeyd edək ki, Ərdoğanın 2021-ci ilin yanvar ayında Melih Bulunu Boğaziçi universitetinə rektor təyin etməsinin ardından ali təhsil müəssisəsini etirazlar dalğası bürüyüb. Belə ki, universitetin elmi işçiləri və tələbələri Melih Bulunun rektor olaraq təyin olunmasına qarşı etiraz aksiyaları, yürüşlər təşkil edirdilər. Onlar universitet ənənəsinə uyğun olaraq rektorun Boğaziçi Universitetində professor olması lazım olduğunu müdafiə edirdilər.

Yeni rektor vəzifəsində yalnız 194 gün qala bilib. Universitetə Bulunun köməkçisi Mehmet Naci İnci müvəqqəti olaraq rəhbərlik edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR