Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Bakı, Sumqayıt və Gəncə səhiyyə idarələri ləğv edilib? - Açıqlama

Bakı, Sumqayıt və Gəncə səhiyyə idarələri ləğv edilib? - Açıqlama

Tarix: 16-07-2021, 16:58


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı, Sumqayıt və Gəncə səhiyyə idarələrinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Agentlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı Baş Səhiyyə İdarəsi hazırda fəaliyyət göstərir: “İdarənin strukturu yeniləndikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla, 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.

Gəncə şəhər Səhiyyə İdarəsi hazırda Gəncə Birləşmiş Şəhər Xəstəxanası adı altında fəaliyyət göstərir.

Bakı Baş Səhiyyə İdarəsi, Sumqayıt Tibb Mərkəzi, Gəncə Birləşmiş Şəhər Xəstəxanası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərirlər”.

Agentlikdən daxil olan açıqlamada qeyd edilib ki, bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir: “İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR