Son Xəbər: Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram, QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək, Müdafiə Nazirliyi məlumat yaydı, Sabahın hava proqnozu açıqlanıb, Xocalının daha bir kəndinə İLK KÖÇ oldu, Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?, Goranboydakı cinayətin TƏFƏRRÜATI, Qızılağac Milli Parkının ərazisində yanğın olub, Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib, Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb,

Eldəniz Səlimova deputat maaşı veriləcək? - Milli Məclis aydınlıq gətirdi

Eldəniz Səlimova deputat maaşı veriləcək? - Milli Məclis aydınlıq gətirdi

Tarix: 5-08-2021, 17:21


"Toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimova deputat maaşı veriləcək".

Bunu "Report"un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, E.Səlimovun toxunulmazlığı ləğv edilib, amma mandatı alınmayıb: "Buna görə də ona deputat maaşı veriləcək. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa onun deputat səlahiyyətlərinə xitam veriləcək və Eldəniz Səlimova maaş verilməyəcək".

İntizam komissiyanın katibi onu da bildirib ki, E.Səlimova deputatlıq səlahiyyətləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmayıb: "Sadəcə onun toxunulmazlığı əlindən alınıb".

Qeyd edək ki, "Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş prokuror Kamran Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib. Parlamentin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında təqdimata baxılaraq E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR