Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

DAHA BİR FAKT: Ermənilərin Xocalıdakı ev tikintisində iranlılar da işləyir... - Aralarında azərbaycanlı varmı?..

DAHA BİR FAKT: Ermənilərin Xocalıdakı ev tikintisində iranlılar da işləyir... - Aralarında azərbaycanlı varmı?..

Tarix: 17-09-2021, 08:48


Son günlər milliyyətcə fars və azərbaycanlı olan sürücülərin İrandan Ermənistan və Qarabağa müxtəlif yüklər daşıması və hətta bir neçəsinin Azərbaycan polisi tərəfindən həbs edilməsi haqda informasiyaların təsdiqləndiyi bir vaxtda ölkəmizin faktiki olaraq İrəvanın və Xankəndindəki separatçı rejim tör-töküntülərinin nəzarətində qalan Qarabağ torpaqlarındakı tikinti işlərində iranlı fəhlələrin də işləməsi haqda məlumatlar yayılıb.

Belə ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının Xocalı rayonunun “Astxaşen” adlandırılmış Daşbulaq kəndində 44 günlük savaş nəticəsində digər bölgələrdən könüllü köçən ermənilər üçün mənzil tikintisi işlərinə İran pasportu olan şəxslərin də cəlb edildiyi məlum olub.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

“Mənşəyi bilinməyən fəhlələrin sayı hazırda azdır - təxminən 20-yə yaxındır. Lakin yerli sakinlər onların varlığından narahatdır. Xüsusilə müharibədən sonra Qarabağda işsizlik problemi kəskin olduğundan xariciləri niyə işə götürdüklərini anlamırlar” – deyən Azərbaycan torpağındakı kəndin qanunsuz “icma başçısı” Artur Qriqoryan xarici vətəndaşların kənddə davam edən mənzil tikintisində iştirak etdiklərini təsdiqləyib.

"Fars olduqlarını söyləyirlər" –deyən A.Qriqoryan iranlıların nə vaxt gəldikləri, kənddə qaldıqları və ya gəlib-getdikləri ilə bağlı suallara cavab verməyib.

İran pasportu ilə Qarabağa köçən azərbaycanlılar olduğuna dair hər hansı bir şübhə olub -olmadığını soruşduqda isə o, belə cavab verib:
"Bunu da bilmirəm, inşaat şirkətindən, hökumətdən soruşun, qoy bütün bu suallara cavab versinlər. Mənim belə bir səlahiyyətim yoxdur”.

Xəbərdə qeyd edilir ki, qanunsuz tikintini aparan ermənilərin Qarabağdakı tikinti işlərinin 70% -ni yerinə yetirən və tenderləri qazanan qeyri-qanuni “Kapavor” şirkətinin rəhbəri Arman Akopcanyandır. O isə separatçı başçı Araik Arutyunyana yaxın adamdır. Odur ki, Araikin iranlı fəhlələrin fəaliyyəti barədə məlumatsız olması mümkün deyil...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR