Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Zavoddan havaya buraxılan tüstü ilə bağlı - SOCAR-dan açıqlama

Zavoddan havaya buraxılan tüstü ilə bağlı - SOCAR-dan açıqlama

Tarix: 22-09-2021, 14:21


Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodundan havaya tüstü buraxılması ilə bağlı görüntülər yayılıb.

Bununla bağlı jurnalist İlkin Muradov sosial şəbəkə hesabında paylaşım edib. Videodan da aydın olur ki, səhər saatlarında zavoddan alov və qatı tüstü atmosferə yayılır.

Yayılmış görüntülərlə bağlı SOCAR-a müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov “Qafqazinfo”ya bildirdi ki, videoda görünən hadisə bu gün saat 07.40-da baş verib: “Zavodun reqlamentinə əsasən, zərurət qarşısında qəzanın baş verməməsi üçün qazlar məşəl lüləsinə buraxılıb yandırılmalıdır. Saat 08:30 radələrində isə qurğuda artıq normal iş fəaliyyəti bərpa edilib. Məşəldə qazların yandırılması davamlı bir hal deyil. Bu tədbir yalnız zərurət qarşısında, çox nadir hallarda həyata keçirilir və daha böyük fəsadlara yol verilməməsi üçün nəzərdə tutulur”.  

İ. Əhmədov əlavə edib ki, hazırda Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya layihəsi nəticəsində köhnə qurğular yeniləri ilə əvəzlənməkdədir: “Bu proses irəlilədikcə məşəldə qazların yandırılmasına səbəb ola biləcək zərurət hallarının başvermə ehtimalı da tədricən azaldılacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR