Son Xəbər: Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb, Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib, Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib, KİV: Türkiyə İsrailin zərbələrindən sonra Suriyada atəşkəsin təmin edilməsinə kömək edib, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar, Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT, Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb, Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb, "Sabah" "Sele" ilə cavab matçına çıxacaq,

Şeyxülislam Amuliyə cavab verib - "Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan danışmalı deyilik..."

Şeyxülislam Amuliyə cavab verib - "Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan danışmalı deyilik..."

Tarix: 22-09-2021, 19:02

Şeyxülislamın açıqlaması

44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanmış, dindarların haqlı narazılığına səbəb olmuşdur. Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq.

Dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməliyik. Müqəddəs Kitabımızda buyurulduğu kimi: «(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır» (Nəhl, 125).

Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, İslam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, Ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı.

Allah haqq yolunda olanlara yardımçı olsun!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR