Son Xəbər: Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb, Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib, Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib, KİV: Türkiyə İsrailin zərbələrindən sonra Suriyada atəşkəsin təmin edilməsinə kömək edib, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar, Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT, Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb, Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb, "Sabah" "Sele" ilə cavab matçına çıxacaq,

Polkovnik MTN generalına qarşı 800 minlik iddia qaldırdı

Polkovnik MTN generalına qarşı 800 minlik iddia qaldırdı

Tarix: 23-09-2021, 12:56


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinov, nazirlikdə idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə elan edib ki, zərərçəkmişlərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. M.Yusifov ona dəymiş 315 min dollar real ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib. İddia məhkəmə icraatına qəbul edilib.

Daha sonra Nizami Şirinovun vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

İş üzrə ilkin məhkəmə baxışı oktyabrın 7-ə təyin olunub.

Xatırladaq ki, bu işdə zərərçəkmiş Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi olub. Ondan əvvəl isə Müdafiə Nazirliyinin 112 saylı alayının komandiri olub. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra polkovnik M. Yusifov işdən azad edilib. 2014-cü ildə M.Yusifov rüşvət almaqda ittiham edilərək həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami Şirinov və digər təqsirləndirilən şəxslər barəsində birlikdə zor göstərilməsi, rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsi, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alması, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Nizami Şirinov barəsində həbs qətimkam, digərləri barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin daşınmaz əmlakları üzərinə həbs qoyulub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR