Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Ali Baş Komandan XTQ-nin müharibədəki rolundan DANIŞDI

Ali Baş Komandan XTQ-nin müharibədəki rolundan DANIŞDI

Tarix: 24-09-2021, 11:59


“Müdafiə Nazirliyinin xüsusi təyinatlıları işğal olunmuş ərazilərin azad edilməsi üçün ən vacib əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının aparılmasında həlledici rol oynadı. XTQ fədakarlıqla mübarizə apardı, bir çox əməliyyatda canlarından keçdi, həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdi”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə bildirib.

“Mən Xüsusi Təyinatlı Qüvvələrə həmişə xüsusi diqqət yetirmişəm. Onların texnikası və idarəçiliyi, silah və texnikası, döyüş hazırlığı həmişə mənim daim nəzarətimdə olub. Mən dəfələrlə XTQ-nin şəxsi heyəti ilə görüşmüşəm və əmin olmuşam ki, ən çətin döyüş tapşırıqlarını həll edə biləcək çox səmərəli bölmələr yaratmışıq.

Keçən ilki döyüşlərin gedişatına qayıtsaq, ərazinin relyefi bizim üçün zərərsiz idi. Əsasən dağlara qalxırdıq. Erməni tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq bir neçə möhkəmləndirilmiş müdafiə xətti yaratdı. Dağlıq ərazinin özü də bir müdafiə xəttidir və çox çətindir. Buna görə də, XTQ peşəkarlıq, iradə, güc və Vətən sevgisi möcüzələri göstərməli idi. Ümumiyyətlə, mən Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini yüksək qiymətləndirirəm.

Düzgün qeyd etdiyiniz kimi, biz müxtəlif güc strukturlarında bir neçə xüsusi təyinatlı qüvvə yaratdıq. Sərhəd Qoşunlarının xüsusi təyinatlıları bir çox yaşayış məntəqələrinin azad edilməsində fəal və səmərəli iştirak etdilər. Həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı qüvvələrini də qeyd etmək istərdim ki, onlar da artıq döyüş zamanı döyüş tapşırıqlarının həllində fəal iştirak ediblər. İlk olaraq onu hazırlayıb təchiz etsək də, istifadə etmək fikrində deyildik. Həm Sərhəd Xidməti, həm də Daxili Qoşunlar, bəlkə də birbaşa fəaliyyət istiqamətləri üçün o qədər də xarakterik olmayan hərbi texnika ilə təchiz olunmuşdu. Elə mobil hərbi qruplar yaratdım ki, birbaşa məqsədlərindən başqa işğal altındakı torpaqlarımızı azad etmək üçün istifadə oluna bilər.

Beləliklə, yeddi xüsusi təyinatlı qüvvəmiz var idi, amma əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Aralarında qarşılıqlı əlaqənin əlaqələndirilməsi də böyük əhəmiyyət kəsb edirdi, çünki bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Və burada hərəkətlərinin uyğunluğu əks-hücum əməliyyatının uğur qazanmasında əsas rol oynadı.

Əvvəlki dövrdə keçirdiyimiz bir sıra hərbi təlimlər zamanı Müdafiə Nazirliyi, Sərhəd Xidməti və Daxili Qoşunların xüsusi təyinatlılarının birgə hərəkətləri tətbiq edildi və onların koordinasiya imkanları yoxlanıldı. Ancaq iş orasındadır ki, məşqlər olanda bir şey, real müharibə olanda isə tamam başqa şey yaşanır.

Ümumiyyətlə, İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrimizin bütün komponentləri mümkün qədər səmərəli hərəkət etdi, döyüşçülər və komandirlər kütləvi qəhrəmanlıqlar göstərdilər, orden və medallarla təltif olundular. Biz haqlı olaraq onlarla fəxr edə bilərik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR