Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq

Tarix: 25-09-2021, 18:10


27 sentyabr Anım Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-ı və 27-i bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, 27 sentyabr Anım Günü”münasibətilə paytaxt ərazisində keçiriləcək tədbir saat 09-dan 13:00-a qədər nəzərdə tutulub: “Tədbir Azneft dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyi Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla nəzərdə tutulub. Hərəkətinin iştirakçılarından xahiş edirik ki, qeyd olunan istiqamətlərdə, paralel və bitişik küçələrdə hərəkət bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik”.

DYP həmçinin qeyd edib ki, adıçəkilən küçələrdə keçiriləcək tədbirlərlə əlaqədar sentyabrın 26-da səhər 07:30-dan 10:00-a dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-a dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR