Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Bakı, yağış, Milli Məclis...

Bakı, yağış, Milli Məclis...

Tarix: 28-09-2021, 13:12

Bakıya yağan yağış paytaxt küçələrində hərəkəti çətinləşdirib, kanalizasiyalar daşıb, bəzi yerlərdə gölməçələr yaranıb.

Əvvəlcə deyək ki, dünyanın hər yerində təbiətin sərt üzü hətta fəlakətlərə qədər gətirib çıxarır, insanlar həlak olur, obyektlərə ziyan dəyir. Lakin bu, o zaman baş verir ki, yağışlar intensivləşir, günlərlə səmadan yerə tökülən suyun həcmi romantik cümlələr üçün lazım olan həddən çox yuxarı qalxır.

Zira, yəqin ki, fikrimi tutdunuz. Yəni, qısası, Bakıda yaranan hazırki durum heç də yağan yağışın miqdarına adekvat mənzərə deyil.

İndi ola bilər ki, hansısa rəsmi şəxs çıxıb bunu insanların kanalizasiyadan çox istifadə etməsi ilə əlaqələndirsin (səhv etmiriksə təcrübədə bu olub), lakin necə deyərlər camaat çörəyi qulağına yemir.

İstər hökumətin hesabatlarında, istərsə də, büdcənin icrası ilə bağlı sənədlərə göz gəzdirəndə su-kanalizasiya sistemi üçün ayrılan pulların məbləğlərinə diqqət yetirməyə çalışmışıq.

Bu mövzu iqtisadçılar üçün əla fürsətdir, araşdırıb, rəqəmləri tutuşdurub real mənzərə ilə görülən işlər arasındakı fərqi ortaya qoya bilərlər. Əsas sual: Bu fərq effektiv nəticələrəmi gətirib çıxarıb yoxsa mənfiyə doğru?

Əslində ikincini demək daha düzgün olardı, dəfələrlə “Azərsu”ya dövlət büdcəsindən və dövlət proqramları çərçivəsində ayrılan vəsaitlərin həcminin düzgün xərclənmədiyinin nəticəsi yağışlar yağan kimi ortaya çıxır.

Rəqəmlər səsləndirməyəcəyəm, bu, iqtisadçıların işidir, biz sadəcə mənzərə haqqında ümumi təsəvvürlər yaratmaq üçün bu cümlələri yazırıq.

İkincisi, 2016-cı ildə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb.

Ancaq yağışlar yağan kimi problemlər də ortaya çıxır və yaranan mənzərəyə görə bu Komissiyanın da məsuliyyətini xatırlatmaq yerinə düşər.

Mövzunun bir ucu isə gəlib Milli Məclisə çıxır. Bu mövzuda da bir neçə kəlmə yazmaq zərurəti yaranır.

Milli Məclisdə hər il ötən ilin dövlət büdcəsinin icrası, Hesablama Palatasının bu sənəd barədə rəyi, Hesablama Palatasının hesabatları, Nazirlər Kabinetinin hesabatları müzakirə edilir.

Ara-sıra eyni deputatlar iqtisadi əsaslarla rəqəmlər və reallıqlar arasındakı fərqi göstərməyə çalışır, bir az sərt desək, hesabat tələb edir, cavab istəyir. Lakin nəticə olmur, köhnə hamam, köhnə tas.

Hörmətli deputatlar, işinizin bir istiqaməti də həmin sənədləri oxuyub düzgün mühakimə yürütməkdir, bilirəm, hamınız iqtisadçı deyilsiniz, amma ən azından ümumi təsəvvürlərlə məsuliyyət daşıyan şəxslərdən hesabat soruşmağı bacarmalısınız.

Bir sözlə, Bakıda yağışın yaratdığı vəziyyətin nəzəri səbəblərinin bir ucu də gəlib sizə çıxır, vaxtında hesabatlılıq olsa, tərifdənsə əsaslı tənqid səsləndirilsə, hökumətin subyektləri də məsuliyyətini dərk edər.

Ən azından Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzərinə böyük məsuliyyət düşür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR