Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Kəlbəcərdə çörəkbişirmə sexi açıldı - Fotolar

Kəlbəcərdə çörəkbişirmə sexi açıldı - Fotolar

Tarix: 29-09-2021, 11:41


Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörəkbişirmə sexinin açılışı olub.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Açılış mərasimində Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.

Məruzə olunub ki, Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların isti  çörəklə vaxtında təmin edilməsi məqsədilə inşa edilən sex müasir avadanlıq və inventarlarla təchiz olunub. Çörək sexinə zəruri kommunikasiya xətləri çəkilib, fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generator quraşdırılıb.

Sexdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları komandanlığa çatdırılıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR