Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Sahibə Qafarova çağırış etdi

Sahibə Qafarova çağırış etdi

Tarix: 29-09-2021, 17:35

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırıb.

Bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə həmkarına ətraflı məlumat verib və diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırım kimi tanıyıblar. Spiker deyib ki, Qazaxıstan parlamentinin də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirməsi yaxşı olardı.

Görüşlərdə Milli Məclisin sədri həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanaraq torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyduğunu deyib, azad edilmiş Azərbaycan ərazilərində işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhərlərin, kəndlərin bərpasından və həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən bəhs edib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüşündə də Xocalı soyqırımı ilə bağlı məsələni vurğulayıb və qarşı tərəfdən müvafiq addım atılmasının arzuolunan olduğunu bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR