Son Xəbər: Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək, Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq, Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib, Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir,

Prokurorluq Bakıda arvadını öldürən polislə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Prokurorluq Bakıda arvadını öldürən polislə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Tarix: 30-09-2021, 11:54


Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olmuşdur.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir:

"Aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilmişdir.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

***

10:17

Bakıda polis əməkdaşı həyat yoldaşını şöbədə qətlə yetirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR